Əli Hüseynli: "Hər bir dövlət prioritet müddəaları Konstitusiyaya daxil edə bilər"

img

19-07-2016 [16:36]


"Konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir".

Bunu apa-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Deputatın sözlərinə görə, bu baxımdan prezident tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması zamanın tələbidir və bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı səslənib: "Müəyyən təməl prinsipləri çıxmaq şərtilə hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edə bilər. Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması kimi məsələlər yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağına əminəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA