“Mirşahin Ərdoğanı istefaya çağırıb...” - MTRŞ rəsmisindən ANS açıqlaması

img

19-07-2016 [16:35]


"Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub”.

 Mia.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqarmlaşdırma və analitika şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, iyul ayının 16-da ANS dəqiqləşdirilməmiş məlumat yayaraq "Türkiyə prezidentinin devrildiyini” elan edib: "Nəzər nöqtəsi” verilişinin aparıcısı hadisələri şərh edərkən bildirib ki, hakim partiyanın daxilindəki gərginlik, xarici siyasətində buraxdığı səhvlər ortya çıxan nəticəni gözlənilən edib. Mirşahin Ağayev isə efirdən "Şəxsən mən Ərdoğanın yerində olsaydım, istefa verərdim” fikirlərini səsləndirib. Mirşahin Ağayev Türkiyə prezidentinin istefa verməsinin labüdlüyünü qeyd edib. Daha sonra bildirib ki, baş verən hadisələrə görə məsuliyyət dövlət başçısının üzərindədir. ANS televiziyası yayımladığı verilişlərdə Türkiyədə çevrlişə cəhd edənlərin xəyanətini işıqlandırmaq əvəzinə, Türkiyənin legitim hakimiyyətini baş verənlərdə günahkar çıxarmağa çalışıb və s.”

T.Dadaşov bildirib ki, ANS televiziyasının sərgilədiyi mövqe Azərbaycan ilə Türkiyə dövlətləri arasında mövcud olan ikitərəfli münasibətlərin korlanması təhlükəsi yaradıb: "Bundan başqa, hadisələr işıqlandırılarkən qəddarlıqla öldürülmüş insan cəsədləri nümayiş etdirilməklə də qanunvericiliyin tələbləri pozulub”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin milli maraqlardan çıxış edən rəsmi mövqeyi açıqlandığı halda, ANS kanalının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA