Avropa İttifaqından Türkiyəyə həbslərlə bağlı sərt - Xəbərdarlıq

img

19-07-2016 [15:19]


Avropa Komissiyası bu il Türkiyə ilə viza rejimini ləğv etməyəcək.

"Reuters"in verdiyi xəbərə görə, Avropa İttifaqının rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə komissarı Günter Öttinger Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlayan həbs və işdən çıxarılma dalğası ilə əlaqədar ölkəyə bu il vizasız səyahət haqqı veriləcəyini təxmin etmədiyini deyib. 

O bildirib ki, Türkiyə hökuməti Brüssel tərəfindən müəyyənləşdirilən şərtləri yerinə yetirməlidir: "Qanunun aliliyi təmin olunmalıdır. Hazırda biz bunu müşahidə etmirik".

 G. Öttinger bu yaxınlarda Türkiyədə millət vəkilliyi toxunulmazlığının ləğv olunmasını və çevriliş cəhdindən sonra aparılan təmizləmələri tənqid edərək bəyan edib ki, bu, müxalif partiyaların, azadlıqların sıxışdırılmasına yönəlib: "Dövlət bir anda minlərlə hakimdən imtina edə bilməz. Məhkəmələrin müstəqilliyi əsas elementdir".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA