Türkiyədə daha bir terror aktı - 2 ölü, 5 yaralı (Yenilənib)

img

19-07-2016 [12:03]


Türkiyədə terror davam edir.

Bu gün səhər saatlarında yol nəzarətini həyata keçirən polis heyətinə terrorçular tərəfindən hücum edilib. Hücum nəticəsində 4 polis və bir mülki vətəndaşın yaralandığı bildirilir.

Bölgədə terrorçularla polis əməkdaşları arasında atışma davam edir.

*** 

Trabzonda baş verən terror hücumu zamanı 2 polis şəhid olub, 4-ü polis olmaqla 5 nəfər yaralanıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əraziyə təcili tibbi yardım maşınları cəlb edilib. Terrorçuların hücumdan sonra meşəyə çəkildikləri bildirilir. Jandarma terrorçuları tapmaq üçün polisə dəstək verir. Eyni zamanda vətəndaşlar da öz silahları ilə polisə kömək edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA