Hollandiyada Vaqif Cavadova qızıl medal verilməyəcək

img

19-04-2010 [12:32]


Bu gün Hollandiya çempionatında 33-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi ?Tvente? öz meydanında ?Feyenoord? klubunu qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Enshede təmsilçisinin qollarını Nkufo (40) və Stox (68) vurublar. Zədəsi səbəbindən həmyerlimiz bu oyunda da meydana çıxa bilməyib. Bu qələbədən sonra ?Tvente? 83 xalla yenə də birinci yerdədir. Vaqifin komandasının ən yaxşın izləyicisi ?Ayaks? isə öz meydanında ?Herakles?i 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq xallarını 82-ə çatdırıb. Qeyd edək ki, ?Tvente? yarışları birinci yerdə başa vurarsa, Vaqif Hollandiya çempionu hesab ediləcək. Amma mövcud qaydalara əsasən, ölkə çempionatının oyunlarının 50 faizində meydana çıxmayan futbolçuya qızıl medal təqdim edilmir. Məlum olduğu kimi, Vaqif zədəsi səbəbindən hələ də meydana çıxa bilməyib. O, hətta bundan sonrakı qarşılaşmalarda ?Tvente?nin heyətində oynasa belə, 50 faizlik baryerə heç yaxın ola bilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA