ANS-in yayımı dayandırıldı - Şok qərar

img

18-07-2016 [20:04]


ANS Televizyasının və radiosunun yayımı dayandırılıb. 

Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır. Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA