18-07-2016 [17:48]
14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, gənclərin Avropa çempionatının qalibi, kişilər arasında Dünya kuboku və dünya çempionatının bürünc mükafatçısı, kişilər arasında Avropa 2-cisi, dəfələrlə Beynəlxalq turnirlərin qalibi kimi titullara sahib boksçu Samir Məmmədov ağır şəraitdə yaşamasından narazılığını bildirib.
Əməkdar idman ustası və prezident mükafatçısı S.Məmmədov deyir ki, ehtiyac üzündən taksi sürücüsü işləyir, bununla balalarını dolandırır. O, belə bir duruma düşməsini Boks Federasiyası, eləcə də Gənclər və İdman Nazirliyinin ona qarşı biganəliyi, məsuliyyətsizliyi ilə əlaqələndirib.
Mia.az xəbər verir ki, ittihamlarla bağlı AzNews.az-ın əməkdaşı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abiyevlə söhbətləşib. O, müsahibəsində bir sıra maraqlı məsələlərə toxunub:
– Ağacan müəllim, yəqin son günlər mətbuatda rəhbərliyində təmsil olunduğunuz federasiya ilə bağlı gedən yazıları, müzakirələri izləyirsiniz?
– Təbii ki, işimiz odur. İzləyirik.
– Əməkdar idman ustası və prezident mükafatçısı Samir Məmmədovu xatırlayırsınız?
– Xatırlayıram.
– Onunla münasibətlər necədir?
– Normal, indi istəyirəm, gəlsin görək nə problemi var. Özünə də demişəm…
– İdmançımız müsahibəsində biganəlikdən şikayət edir, dolayısıyla sizi ittiham edir…
– Mən uşaqlara tapşırmışam ki, onu yanıma götürüb gətirsinlər.
– Nə vaxt gətirərlər?
– Nə vaxt tapsalar, onda da gətirərlər…
– Samir Məmmədov Azərbaycan adına yalnız yaxşı işlər görüb. Dəfələrlə bayrağımızı qaldırıb, ölkəmizi layiqincə təmsil edib… İndi isə ehtiyac içindədir. Bu üzdən də taksi sürücüsü işləyir. Avropa və dünya çempionatlarında bu boyda nəticələr vermiş birinin, idman ustasının taksi sürücüsü işləməsi, sizcə, qəbulediləndir? Hətta indi iş elə yerə çatıb ki, bir neçə gün öncə maşınını da satıb.
– Düzdür, idmançılarımızın bəziləri şikayət edirlər. Amma bir məsələ var, hamısı istəyir gedib "naçalnik” olsun. Niyə gedib məşqçi işləmir, işləsin də…
Adamndan soruşarlar sənin nəyin var ki, gedib "naçalnik” olasan? İdmançısan, get özün kimi boksçu yetişdir. Get başını sal aşağı, klubların birində işlə. Sadəcə, onlar məşqçi işləmək istəmirlər.
– Samir Məmmədov kimi birinin gedib hansısa bir klubda 3-5 idmançı hazırlaşdırması nə qədər düzgündür? Axı onun Azərbaycan üçün başqa xeyrləri dəyə bilər…
– Onun idman kareyarası qurtarıb artıq, idman sahəsində nə etməlidir? O, bu dəqiqə məşqçi kimi fəaliyyət göstərməldir. Məşqçi işləməyin nəyi pisdir?
– Ən azından onun "əməkdar idman ustası” statusu var. Dəfələrlə ölkə başçısıyla görüşü olub. Yəqin ki, o, sıradan bir idmançı olsa, onun ölkə başçısı görüşü baş tutmazdı.
– Mən də deyirəm, "əməkdar idman ustası” özü kimi əməkdar idmançılar hazırlamalıdır. Gəlmişdi, ona dedim ki, sənə kim deyir get taksi sür? Bizim əməkdar idmançılarımız hamısı məşqçi işləyir. Əməkdar idman ustasısan, səni istənilən idman cəmiyyəti götürər. Siz ona deyin ki, Ağacan müəllim səni gözləyir. Mən onu qəbul edəndə deyərəm ki, adına bir idman klubu açırıq, get uşaqları hazırla… Vaxtilə səni hazırlayıblar, indi növbə sənindir.
– Dediyinizdən belə anladıq ki, federasiya rəhbərliyindən biri olaraq ona kömək etməyi öhdənizə götürüsünüz…
– Mən heç kimi öhdəmə götürmürəm, federasiyanın prezidenti deyiləm. Federasiyanın prezidenti olsaydım, deyərdim öhdəmə götürürəm. O gəlsin, görək nə istəyir, biz də federasiya prezidentinə müraciət edərik. Mümkün dərəcədə ona kömək edərik. Mən ona şərait yaradaram.
– Onunla niyə uzun müddətdir əlaqəni kəsmisiniz? Samir Məmmədovun günahı və ona qarşı federasiyanın biganəliyinin səbəbi nədir?
– Onun özü çıxıb getmişdi, sonra eşitdik ki, taksiyə çıxır. Başqa işlərlə məşğul olur. Hər idmançını başımızda gəzdirməliyik? Hər kəs özünə gün ağlamaldır. Ev də almışdı, pulu da var idi. Nə qədər idmançı idi, hər şey etdilər. Ad da verdilər. İndisə get özünə gün ağla da…
– Ola bilər ki, S.Məmmədov o vaxt gənc olub, bəzi səhvlər edib. Amma düşünürəm ki, federasiya onu səhv yola getməyə qoymamlı idi. Samir Məmmədovdan da böyük səhvlərə yol verən idmançılarımız olub. Həbsə düşüb, çıxıblar, idmana da qayıdıblar. Çünki federasiya onların arxasında durub. Ancaq Samir biganəliklə qarşılaşıb. Niyə?
– Düzdür. Amma bizdə boksda bir yiyəsiz qalan o olub. Lakin kömək etməyə çalışacağıq.
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR