“Türkiyə NATO-dan çıxarıla bilər” - ABŞ dövlət katibindən şok açıqlama

img

18-07-2016 [17:33]


"Türkiyədə çevriliş cəhdindən sonra kütləvi "təmizləmələr” dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər”.

Bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib.

C. Kerri Brüsseldə bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: "ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb. Onlar barəsində istintaq başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA