18-07-2016 [14:06]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) bu gün Gəncə şəhərindəki "Ramada palas”da "Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət" mövzusunda konfrans keçirib.
Mia.az xəbər verir ki, Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb.
Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.
Natiq Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlardan söz açaraq qeyd edib ki, Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planınln təsdiqlənməsi, Elektron Hökumət portalının, "ASAN” xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunması aparılan islahatların tərkib hissəsidir.
Rufiz Qonaqov bildirib ki, qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda yerli QHT-lərin vəzifələri müəyyənləşməli, həyata keçirilən islahatlara vətəndaş cəmiyyətinin dəstəyi gücləndirilməlidir. Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa Facebook sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.
Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında Gəncənin Azərbaycan üçün əhəmiyyətindən, bu şəhərdə aparılan islahatlardan, mədəni tədbirlərdən danışıb. O, qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin füclənməsinə xidmət edir: "Hər bir Azərbaycan vətəndaşı dövlət səviyyəsində aparılan iqtisadi və siyasi islahatların müsbət nəticələrini öz gündəlik həyatında hiss edir. Bu gün Azərbaycanın regionda inkişaf edən sabit, təhlükəsiz ölkə olmasının başlıca səbəbi ölkə rəhbərliyinin yürütdüyü düzgün, balanslı siyasətdir. Bu siyasət Gəncə şəhərində də dövlət qurumları tərəfindən uğurla icra edilir”.
Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin KİV-lərələ iş üzrə baş məsləhətçi Kənan Məmmədov çıxış edərək bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar Gəncə şəhərindən də yan keçməyib:
"Gəncə şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verib. Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Bu tərəqqi, müsbət dəyişikliklər əhalinin gündəlik güzəranında da hiss olunur. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda daha sürətli iqtisadi-sosial inkişafın şahidi olacağıq. Vətəndaş cəmiyyəti bu inkişaf prosesində daim dövlətin yanında duracaq”.
Gənclər üzrə Təhsil Mərkəzinin Gəncə nümayəndələiyinin rəhbəri Aygün Həsənzadə çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib:
"Mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub. Əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir. Azərbaycanda iqtisadi inkişafla bağlı siyasi sabitlik mövcuddur. Bütün sahələrdə islahatlar aparılır. Gənclərlə bağlı uğurlu dövlət strategiya var. Gəncə -2016 Avropa Gənclərinin Paytaxtı elan olunub. Azərbaycanın Qərb bölgəsində kifayət qədər aktiv, istedadlı gənclər var. Biz həmin gənclərlə sıx işləməliyik”.
MDB Parlamentlərarası Assambleyasının eksperti Əsədov Muxtar Seyfullayeviç Azərbaycanda iqtisadi islahatlar və vətəndaş cəmiyyətinin buna münasibəti haqda danışıb. Onun sözlərinə görə, Azərbaycanda xarici və daxili siyasət düzgün aparılır, maliyyə, makro-iqtisadi siyasət dəqiq ölçülüb-biçilib:
"Bu gün ölkədə əldə olunan uğurlar, inkişaf aparılan istisadi islahatların nəticəsidir. TANAP, TAP, Cənub Qaz Dəhlizi, yeni dəmiryolu xətlərinin çəkilməsi ciddi iqtisadi hadisələrdir. Bu layihələr ölkəmizin dünyadakı siyasi mövqeyini daha da gücləndirir. İri neft-qaz layihələrinə müəlliflik edən Azərbaycan Avropanın çox ciddi tərəfdaşlarından birinə çevrilib. Sözsüz ki, bu, gələcəkdə Azərbaycanın daha böyük layihələrə sahiblik etməsinə stimul yaradır”.
"Gələcəyə Körpü " GİB Beynıəlxalq Əlaqələr üzrə koordinatoru Hüseynxan Hacızadə dövlətin gəncləri siyasəti haqda geniş çıxış edərək bildirib ki, aparılan siyasət vətəndaşın inkişafına xidmət edir: "Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə xidmət edir".
"Odlar Yurdu” GİB-nin baç katibi Təhminə Cəfərova qeyd edib ki, Azərbaycanda cəmiyyət ilə dövlət arasında həmrəylik mövcuddur: "Biz dəfələrlə bu həmrəyliyin şahidi olmuşuq. Bu gün dünyada Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr var. Amma Azərbaycan dövləti bütün maneə və təzyiqlərə baxmayaraq inamla inkişaf edir, müstəqil xarici siyasət yürüdür. Azərbaycan gəncliyi bu məsələlərdə birmənalı şəkildə Azərbaycan dövlətinin yasnındadır”.
Konfrans müzakirələrlə davam etdirilib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR