Putin Ərdoğana telefon açdı, rusların taleyindən narahat olduğunu dedi - Tarixi görüş olacaq

img

17-07-2016 [15:24]


Bu gün Rusiya prezidenti Putin Türkiyə prezidenti Ərdoğana telefon açıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında iyulun 15-də baş verən çevrilişə cəhd iki prezident arasında müzakirə edilib:

"Putin Ərdoğanla söhbətində şəhidlərə görə bir daha başsağlığı verib və tezliklə ölkədə sabitliyin yaranmasını arzulayıb".

Putin hazırda Türkiyədə olan Rusiya vətəndaşları ilə bağlı narahat olduqlarını da dilə gətirib və onların təhlükəsizliyinin təminatını diqqətdə olmasını istəyib. Ərdoğan Putini əmin edib ki, narahatlıq üçün əsas yoxdur.

Bundan sonra iki prezident avqust ayında görüşməyi qərara alıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA