“Türkiyədə baş verənlər Azərbaycana da sıçraya bilər” - Partiya sədrindən xəbərdarlıq

img

16-07-2016 [17:06]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlmasında Türkiyədə dünən gecə baş verən dövlət çevrilişinə cəhd hadisəsini şərh edib.

Partiya sədrinin sözlərinə görə, Türkiyədə baş verənlər Azərbaycana da sıçraya bilər:

"Türkiyədə baş vermiş hadisələr bizi çox üzür. Biz Müasir Müsavat Partiyası olaraq qardaş ölkədə həyatını itirən insanlara Allahdan rəhmət diləyirik. Partiya olaraq Türkiyənin hakim partiyasına dəstək veririk. Bu partiya Türkiyə xalqının seçimidir. Xalqın seçiminə isə hər zaman hörmətlə yanaşmaq lazımdır. Məsələnin digər tərəfi isə Azərbaycanla bağlıdır. Mən dəfələrlə demişəm, ölkəmizdə bundan da pis vəziyyət yarana bilər. Azərbaycan iqtidarının daxilində kölgə kabineti var. Bu insanlar istənilən an prezidentə xəyanət edə bilərlər. 

Bizdə prezidentə xəyanət etmək istəyən qüvvələr Türkiyədən də çoxdur. Bu qüvvələr tez-tez ölkə prezidentinin islahat istəklərini sabotaj edirlər. Bunlar hələ ki, işlərini bu formada həyata keçirirlər. Sabah bunlar daha dəhşətli addımlar ata bilərlər. Bu qüvvələr artıq tam fəallaşıblar. Əsas işləri xalqı incitməkdir. Bu onların həyata keçirmək istədikləri planın tərkib hissəsidir. Əsas istəkləri odur ki, xalqla prezidentin arasını vursunlar və onlar dövlət çevrlişinə cəhd etmək istəyəndə xalq prezidenti müdafiə etməsin. Hesab edirəm ki, prezident bu tip halların qarşısını almaq üçün təcili addımlar atmalıdır. Eldar Mahmudov nümunəsini hamımız gördük. Bu adam saatlı bomba idi, hər an partlaya, prezidentə qarşı çevrliliş edə bilərdi. Ölkə başçısı vaxtında bunun qarşısını aldı. Eldar Mahmudovun yanında olan və iqtidarı devirmək istəyən şəxslərdən hələ də vəzifədə olanlar var. Prezident çox da uzağa baxmamalıdır. Ətrafında ona xəyanət edə biləcək insanlar var. Xarici qüvvələr də öz işlərini davam etdirməkdədirlər. Bu proses Azərbaycana da sıçraya bilər, ona görə də bunun qarşısı dərhal alınmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA