"Türkiyəni Qarabağla bağlı indiki vəziyyət haqda məlumatlandırmışam" - Elmar Məmmədyarov

img

15-07-2016 [14:53]


"Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk Qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

E. Məmmədyarov Azərbaycanın mövqeyini M. Çavuşoğluna çatdırdığını söyləyib: "İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA