Milli Məclis tətilə çıxdı - Deputatlara pul veriləcək

img

15-07-2016 [10:40]


Bu gündən Azərbaycan Milli Məclisi tətilə çıxır.

Parlamentdən verilən məlumata görə, tətil avqustun 30-a kimi davam edəcək. Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA