Mübariz Qurbanlı Albaniyada beynəlxalq tədbirdə iztirak edəcək

img

17-04-2010 [01:32]


Milli Məclisin deputatı Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün aprelin 20-dən 23-dək Albaniyanın Durres şəhərində səfərdə olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, iclasın gündəliyinə təşkilata üzv ölkələrdə mülki aviasiyanın tənzimlənməsinin hüquqi aspektləri, Avropa Parlamenti ilə əməkdaşlığın perspektivləri və bir sıra təşkilatı məsələlər daxil edilib. Deputatımız tədbirdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA