13-07-2016 [16:39]
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı irəli sürülən bütün təşəbbüsləri müsbət qiymətləndiririk".
Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, Rusiyanın münaqişənin həllində fəallıq göstərməsini müsbət hal sayır. S.Novruzov qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməsi, münaqişənin mərhələli həlli ilə bağlı təşəbbüsü, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri, keçirdiyi görüşlər müsbət addımdır:
"NATO-nun Polşada keçirilən sammiti çərçivəsində Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüşdü. Hesab edirəm ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyünü çərçivəsində və mərhələli formada həll edilməsi məsələsi müzakirə olunub. Aprel döyüşlərindən sonra Ermənistan, o cümlədən dünya ictimaiyyəti başa düşdü ki, dondurulmuş münaqişələr həll edilmiş münaqişələr demək deyil. Yəni, münaqişə dondurulubsa, bu, istənilən an alovlana bilər. Bunun bariz nümunəsi aprel döyüşləridir.
Digər tərəfdən də, erməni ictimaiyyətinin arxayınlığı vardı ki, müharibə başlayarsa, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Ermənistanın maraqlarından çıxış edəcəklər. Amma ermənilər şahidi oldular ki, dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunduğunu və müharibənin həmin torpaqlarda getdiyini etiraf etdilər. Beynəlxalq təşkilatlar bəyan etdilər ki, aprel döyüşləri Ermənistanın ərazisinə təcavüz deyil".
YAP rəsmisi qeyd edib ki, Azərbaycan gec-tez öz torpaqlarını geri alacaq: "Dağlıq Qarabağ münaqişəsi uzun müddət davam edə bilməz. Azərbaycan 20 ildən artıqdır ki, atəşkəsə ümid bağlayıb. Çalışırıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Əgər qısa müddət ərzində bu münaqişə həllini tapmazsa, Azərbaycan alternativ variantlarıdan istifadə edə bilər. Ölkəmizin qüdrətli ordusu var, Azərbaycan regionun aparıcı dövlətidir, güclü iqtisadi inkişafı və potensialı var. Yəni, Azərbaycan istənilən an işğal altından olan torpaqlarını azad edə bilər. Bu münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması Ermənistan üçün də yaxşı ola bilər. Yəni, münaqişənin həllindən sonra Ermənistanla münasibətlər qurula, iqtisadi əlaqələr bərpa oluna bilər. Əslində, bu, Ermənistanın düşdüyü tənəzzüldən çıxması üçün şansdır".
S.Novruzov vurğulayıb ki, dünyada bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Millətlərə öz müqəddəratını təyin etmək hüququ vermək düzgün yanaşma deyil. NATO-nun yaz, ATƏT-in Parlament Assambleyasının illik sessiyasında da bu məsələlərə toxunulub. Nəzərə almaq lazımdır ki, dünyada 3 minə yaxın millət var. Lakin onlardan 200-ə yaxınının dövləti var. Əgər millətlərin hər biri öz müqəddəratını həll etmiş olsa, o zaman dünyada çox böyük hərc-mərclik baş qaldırar. İkili standartla yanaşaraq, millətlərin öz müqəddaratını təyin etmək fikrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ortaya atılması doğru deyil. Dünyada baş verən hadisələr göstərdi ki, bu məsələ beynəlxalq hüququn predmetindən kənara çıxıb. Dağlıq Qarabağ münaqişəsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, Azərbaycanın 20 ildən artıq irəli sürdüyü tələbdir. Erməni xalqı öz müqəddəratını təmin edib. Rusiyada, Fransada, İranda yaşayan ermənilərin sayı Ermənistandakı ermənilərin sayından çoxdur. Bunlar həmin ölkələrdə öz müqəddəratlarını təmin etməklə məşğul olsalar, dünyada 10-dan artıq erməni dövləti olar. Bir daha qeyd edirəm ki, ermənilərin bu iddiası beynəlxalq hüquq prinsiplərinə ziddir".
Qeyd edək ki, iyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Keçirilən görüşlərdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR