13-07-2016 [11:14]
Ukrayna prezidenti Pyotr Poroşenkonun bu gün Azərbaycana səfəri başlayır. Bu Poroşenkonun prezident seçildiyi iki ildə Azərbaycana ilk rəsmi səfəridir.
Azərbaycan mediasının Ukrayna prezidenti Bakıya səfəri zamanı əsas müzakirə etdiyi suallardan biri də budur: Pyotr Proşenko Bakıda anti-Rusiya əleyhinə bəyanatlar verəcəkmi?
Mia.az xəbər verir kİ, bu və ya digər məqamlarla bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əlbəttə, Poroşenko Bakıda deyə bilər ki, Rusiya Ukraynanı parçalayıb, Dağlıq Qarabağla Donbassa separatçıları arasında fərq yoxdur. Ancaq Poroşenkonun bundan artıq Rusiya əleyhinə bəyanat verməsində rəsmi Bakı maraqlı deyil:
"Hazırda Rusiya-Azərbaycan münasibətlərinin həssas dövrüdür. Rəsmi Bakının Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli vasitəçi olacağına inamı var. Və belə bir dövrdə Bakıda anti-Rusiya bəyanatlarının səsləndirilməsi Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Ona görə də böyük ehtimalla İlham Əliyev və Pyotr Poroşenko mətbuata birgə bəyanatla kifayətlənəcəklər, ukraynalı jurnalistlərin suallarına şərait yaradılmayacağını proqnozlaşdırmaq mümkündür. Poroşenko da Azərbaycan üçün vəziyyətin mürəkkəbliyini anlayır və rəsmi Bakını çətin duruma salacaq açıqlamalar verməyəcək. Poroşenkonun Azərbaycana səfərinin məqsədi fərqlidir. Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir".
Ekspertin sözlərinə görə, rəsmi Bakı Rusiya ilə münasibətlərən önəm verməklə yanaşı, Ukrayna ilə münasibətlərini də inkişaf etdirməlidir:
"Bunu Azərbaycan hakimiyyətinin özünün elan etdiyi balanslaşdırılmış xarici siyasət də diqtə edir. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var. Məsələn, keçən həftə Bakıya Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko gəlmişdi. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirildi. Ukraynalı nazir Azərbaycana 4 istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif etdi.
Birinci istiqamət Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlinin təmin edilməsi, ikinci istiqamət Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranziti, üçüncü istiqamət Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması, dördüncü istiqamət isə Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasıdır. Sonuncu nəhəng nəqliyyat dəhlizi layihəsidir. Bu dəhliz bir çox ölkə arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər. Kiev bu məqsədlə dəhlizin idarə olunması üçün vahid idarəedici orqanın yaradılmasını təklif edib. Bu təkliflər Azərbaycanın da maraqlarına uyğundur. Əslində Zubkovun Bakıya səfəri və müzakirə etdiyi mövzular Poroşenkonun Azərbaycana səfərinə hazırlıq məqsədi daşıyırdı.
Bundan başqa Ukrayna prezidenti Bakıda GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəallaşması mövzusunu da müzakirə edəcək. Ukraynanın baş naziri Vladimir Qroysman payızda GUAM ölkələrin baş nazirlərinin Kiyevdə toplantı keçriməsini təklif edib. Kiyev GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasını məqsədəuyğun sayır".
Elxan Şahinoğlu deyir ki, Kiyev azad ticarət zona yaradılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xətlərini hərəkətə gətirmək istəyir:
"Məsələ burasındadır ki, Moskva Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Nəticədə Ukrayna xeyli itkiyə məruz qalıb. Ukrayna mallarının Qazaxıstana ixracatının 98 faizi Rusiya ərazisindən keçirdi. Bu 682 milyon dollar demək idi. Ukrayna Qırğızıstana isə Rusiya üzərindən 93 faiz və ya 70 milyon dollar çərçivəsində mal ixrac edirdi. Eyni ilə Ukrayna Rusiya üzərindən Azərbaycana quru yolla 53 faiz mal ixrac edirdi. İndi bütün bu yollar bağlıdır və Ukraynanın şərq istiqamətindəki ölkələrlə iqtisadi-ticarət əlaqələri xeyli zəifləyib. Kremlin məqsədi aydındır. Moskva Ukraynanın şərq ölkələrinə çıxan yollarını bağlamaqla Ukraynanı iqtisadi baxımdan zəiflətmək və bu vasitə ilə qonşu ölkədə hakimiyyət dəyişiklyini sürətləndirmək istəyir.
Buna görə də Kiyev mövcud vəziyyətdən çıxış yolları axtarır. GUAM ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq çıxış yollarından biridir. GUAM-ın əsas ölkəsi Azərbaycandır. Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə Azərbaycanın iqtisadi, investisiya və tranzit imkanları daha genişdir. Ona görə də əgər Kiyevin azad iqtisadi zonanın yaradılması təklifinə Bakı razılaşarsa, 4 ölkə arasında regional əməkdaşlıq genişlənəcək. GUAM-ın hazırki baş katibi azərbaycanlı diplomat Altay Əfəndiyevdir. Ukraynanın baş naziri artıq azərbaycanlı baş katiblə görüşüb. Bu isə o deməkdir ki, Kiyevin təklifi Bakıda öyrənilir. Böyük ehtimalla bu təklifi Ukrayna prezidenti də Bakıda səsləndirəcək".
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR