"7 rayon bu il azad olunacaq, azərbaycanlılar dağılmış evlərinə qayıdacaq" - Rusiyalı politoloq

img

12-07-2016 [23:59]


"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq".

Bunu Rusiya Prezidentinin etibarlı adamı, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşməsi və danışıqlar aparmasının nəticəsində Ermənistan sərhədlərinin açılmasının əvəzinə Azərbaycan torpaqları işğaldan azad oluna bilər.

"Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və bu il ilk Azərbaycan ailəsi dağıdılmış evlərinə qayıda biləcəklər”, – Markov deyib.

Ekspert hesab edir ki, diplomatik əlaqələrin aktivləşməsi bundan xəbər verir ki, real və intensiv danışıqlar gedir.

"Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”, – Sergey Markov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə normallaşma prosesinin başlamasından sonra rəsmi Ankara da hazırki prosesdə müsbət amilə çevrilə bilər(Trend).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA