AŞ PA sədri Mövlud çavuzoğlu ictimai Teleradioda olub

img

16-04-2010 [02:27]


Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 16-da İctimai Televiziya və Radio Yayımları Şirkətində olub, Baş direktor İsmayıl Ömərovla görüşüb. İctimai Televiziyada olmaqdan böyük məmnunluq duyduğunu ifadə edən qonaq Azərbaycanın ictimai yayımçısını qazandığı uğurlar münasibəti ilə təbrik edib: ?İctimai Televiziyanın ?TRT-Avaz?la birgə həyata keçirdiyi ortaq yayım bütün türk dünyasında böyük maraqla izlənir. Fürsət düşəndə səhərlər mən də bu proqramı zövqlə baxıram. Hesab edirəm ki, bu ortaq yayım türk dünyasında mədəniyyət baxımından da birliyin təmin olunmasnda mühüm rol oynayır?. İ.Ömərov AŞ PA sədrinə məhz İctimai Televiziyaya gəlişinə və ekzklüziv müsahibə verdiyinə görə təşəkkürünü bildirib. Baş direktor deyib ki, İctimai Televiziya ?Turksat? və Avropa peyk rabitə sistemi vasitəsilə böyük bir coğrafiyada yayımlanır: ?Yaım siyasətimiz Azərbaycan mədəniyyətinin, tarixinin, həqiqətlərinin və türk xalqlarının ortaq dəyərlərini dünyada nümayiş etdirməkdir. ?TRT-Avaz?la birgə hazırlanan ortaq yayıma bütün Orta Asiya ölkələrindəki türk dövlətlərinin də qoşulmasına çalışırıq?. Baş direktor bildirib ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin üzvü kimi dünyanın aparıcı televiziyaları ilə də əməkdaşlıq edir. Görüşdən sonra İctimai Televiziyanın ?TRT-Avaz?la ortaq yayımda iştirak edən AŞ PA sədri Ankara və Bakı studiyalarından aparıcıların suallarını cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA