Hafiz Hacıyevlə Əli Kərimli arasında baz vermiz insidentin səbəbləri

img

15-04-2010 [03:23]


Dünən ATƏT-in Bakı Ofisində müxalifət partiyalarının nümayəndələri ilə Avropa Şurası Parlament Asssambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun görüşü zamanı həmin tədbirə dəvətli olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə AXCP sədri Əli Kərimli arasında insident baş verib. MMP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, insidentə səbəb Hafiz Hacıyevin AŞ PA sədri Mövlud Çavuşoğlunun suallarına cavab verərəkən Əli Kərimlinin ünvanına nalayiq ifadələr iştəlməsi olub: ?AXCP sədri bu sözlərdən sonra görüş zalını tərk etdikdə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da ona qoşulub. Qeyd edək ki, həmin partiyalara yaxın mövqedə olan qəzetlər bugünkü saylarında Əli Kərimlinin və Arif Hacılının verdiyi açıqlamalar tamamilə yanlış və yalandır. Bu görüşün təfərrüatları barədə Arif Hacılının Əli Kərimlinin ünvanına dediyi nalayiq fikirləri və digər müxalifət nümayəndəllərinin dediklərini daha geniş şəkildə KİV-lərə çatdırmaq üçün gələn həftənin birinci günü Hafiz Hacıyev mətbuat konfransı keçirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA