11-07-2016 [00:13]
"Azərbaycanla Ermənistan arasındakı müharibə Rusiya üçün bu problemin əhatəsində ola biləcək ən pis ssenaridir. Dostlarımızın, qardaşlarımızın ölməsinə tamaşa etmək çox ağırdır".
Mia.az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ANS-in "Hesabat" verilişində aprel hadisələrindən danışarkən deyib.
Mir Şahinin suallarını cavablandıran səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son zamanlar xüsusi canlanmanın müşahidə olunmasından danışıb.
Onun sözlərinə görə, aprelin əvvəlində baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmadığını və onun həlli istiqamətində daha ciddi addımların atılmasının vacibliyini bir daha göstərib..
"Bizim Ermənistanla kökləri dərin olan dost münasibətlərimiz var. Biz hərbi-siyası müttəfiqlərik. Rusiya onlara böyük iqtisadi yardım göstərir. Biz bir inteqrasiya qruplaşmasının üzvləriyik. Bu konflikti yalnız maraqların balanslaşdırılması əsasında həll etmək olar. Elə bir kompromisə gəlmək lazımdır ki, tərəflər bir-birinə etibar edə bilsin. Təzyiq yolu ilə deyil, hər iki tərəfin eyni səviyyədə qəbul edə biləcəyi formulanın axtarışı yolu ilə həll metodu üzərində çalışırıq" – deyə, Qarabağ münaqişəsinin həlli yollarından danışan Rusiyanın Azəərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib.
Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi haqqında gəzən söz-söhbətlərin yalnız jurnalist və politoloqların fantaziyası olduğunu söyləyən səfir bu mövzu ətrafında heç bir müzakirənin aparılmadığını əlavə edib.
Son illər ölkəmizin Rusiya üçün aparıcı tərəfdaşlarından olduğunu vurğulayan Doroxin Azərbaycanla hərbi-texniki əməkdaşlığa da toxunub.
Səfir bildirib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycana böyük miqdarda silah-sursat satılır və bundan sonra da qüvvədə olan müqavilələr davam edəcək, hətta yeni müqavilələrin də bağlanılması nəzərdə tutulub.
Daha sonra Rusiya prezidenti Vladimir Putinin Azərbaycana nəzərdə tutulan səfərindən danışan Vladimir Doroxin bu cür səfərlərin hər il baş tutduğunu, bu il də müzakirə olunacaq məsələlərin çox olduğunu vurğulayıb.
"Bu il elə məsələlər yığılıb ki, prezidentlər bunu müzakirə etməlidir. Putin heç vaxt əli boş gəlmir. Azərbaycanda da bu görüşə hazırlaşırlar. Nələrin həyata keçirildiyi, nələrin qaldğı təhlil olunacaq. Yeni tapşırıqlar ortaya çıxacaq. Ona görə də bu səfər nümayişkəranə səfər deyil, işgüzar səfər olacaq. Digər görüşlər kimi, münasibətlərimizə öz tövhələrini verəcək" – deyə, səfir bildirib.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR