Jurnalist İlqar Qulusoy Naxçıvanda dəfn olundu

img

10-07-2016 [14:06]


Xəbər verdiyimiz kimi, dünən Lider TV-nin tanınmış əməkdaşı İlqar Qulusoy 36 yaşında vəfat edib.

Mia.az bir daha xatırladır ki, o, dostları ilə "Azərbaycan" nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib. İlqar Qulusoy ürəktutmasından vəfat edib.

Onu da qeyd edək ki, 36 yaşlı İlqar Qulusoy ailəli idi, azyaşlı 2 övladı vardı...

Onun nəşi ötən gecə təyyarə ilə Naxçıvana - Gəngərli rayonunun Böyük Düz kəndinə yola salınıb. 

Mərhum jurnalist bu gün doğulduğu kənddə dəfn olunub... 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA