Lavrovun Azərbaycana səfəri - İlham Əliyev Ərdoğanla müzakirə edib

img

09-07-2016 [21:35]


NATO-nun Varşava sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar müzakirə olunub.

Azərbaycan prezidenti Dalıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər barədə həmkarına məlumat verib, son danışıqlarda müsbət irəliləyişlərə nail olunduğunu nəzərə çatdırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladan İlham Əliyev bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.

Apa.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA