NATO üzvlərindən Rusiyaya xəbərdarlıq - 13 maddəlik bəyannamə qəbul edildi

img

09-07-2016 [18:05]


NATO üzvləri Varşava sammitinin Transatlantik təhlükəsizlik bəyənnaməsini qəbul edib.

Mia.az APA-ya istinadən xəbər verir ki, 13 bənddən ibarət bəyənnamə alyansın saytında yerləşdirilib və sammitdə iştirak edən ölkələrin dövlət və hökumət başçıları tərəfindən imzalanıb.

Sənəddə deyilir ki, bu gün alyansa üzv olan ölkələr təhlükəsizlik sahəsində bir sıra problemlərlə üzləşir, o cümlədən terrorizmdən əziyyət çəkir.

Bəyənnamədə deyilir ki, Rusiyanın hərəkətləri, o cümlədən Ukraynaya qarşı aqressiyası, habelə yaxın Şərqdə və Şimali Afrikada qeyri-stabillik Avropa üçün çağırışdır. "Bu çağırışların öhdəsindən gəlmək, ərazilərimizi və əhalimizi qorumaq üçün biz koordinasiyalı şəkildə hərəkət etməliyik. NATO demokratiya, insan haqları, qanunun aliliyi kimi dəyərlərə əsaslanaraq, BMT-nin nizamnaməsinin prinsiplərinə uyğun şəkildə sülh və təhlükəsizliyin bərqərar olunması üçün fəaliyyətini davam etdirəcək".

ildirilir ki, alyans heç bir ölkə üçün təhlükə yaratmır və bu kontektsə Rusiya ilə konstruktiv dialoqa hazırdır: "Qonşularımız stabil olduqca, biz özümüzü daha təhlükəsiz hiss edəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA