Azərbaycanda şok hadisə - Jurnalistin maşını yandırılıb

img

09-07-2016 [13:18]


"Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır”.

Bunu  "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili "Turan”a bildirib.

O, özünün müəyyən qənaətləri olduğunu söyləyib: "Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst-xəttdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər”.

A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.

Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokurorluğu yanında evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.

Bu gecə, iyulun 9-da isə jurnalistin "Hyundai Accord” markalı şəxsi avtomobili yandırılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA