Ermənilərə savaş mesajı; QAT-dan xəbərdarlıq

img

08-07-2016 [14:49]


Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin guya 1000 nəfərlik könüllülər dəstəsi ilə Azərbaycana qarşı müharibəyə başlayacaqlarına dair yayılan məlumatlara münasibət bildirib. QAT bu barədə xəbərlərə şübhə ilə yanaşdığını bildirib və bunu erməni təbliğatının və özünü reklamın növbəti təzahürü kimi dəyərləndirib.

Bəyanatda deyilir ki, ermənilər aprel məğlubiyyətindən sonra ordularının gücsüzlüyünü, cəmiyyətlərinin ölü vəziyyətində olduğunu gizlətmək, bütün Ermənistanı bürümüş ruh düşkünlüyünü ört-basdır etmək üçün bu cür hoqqabazlıqlara əl atırlar: "Erməni toplumu və ordusu heç vaxt döyüşkənliyi ilə seçilməyib. Onlar həmişə ancaq dinc əhalini qətlə yetirməklə tanınıblar. 1915-1918-ci illərdə Türkiyədə, İranda, Azərbaycanda on minlərlə dinc sakini öldürüblər. Birinci Qarabağ müharibəsində də Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər yerlərdə dinc sakinləri, uşaqları, qadınları, qocaları qətlə yetirməyə gücləri çatıb. Onlar bir dəfə də olsun açıq döyüşdə qalib gəlməyiblər. Azərbaycan ərazilərini siyasi başıpozuqluğun, hərbi qüvvələrimizin hələ tam formalaşmamasının, həmçinin rusların birbaşa yardımının nəticəsi olaraq tutublar. Onların çox təriflədikləri "Arabo” batalyonu bizim heç qeyri-nizami dəstələrimizin qarşısında dayana bilmədi, darmadağın edildi”.

QAT işğalçı ölkəyə savaş mesajı da verib: "Ermənilərin 1000 nəfərlik dəstə yaratmalarına dair iddialarına cavab olaraq bildiririk ki, Qarabağ Azadlıq Təşkilatında 3000 nəfərlik döyüşə hazır qüvvəmiz var. Onları istənilən vaxt, istənilən yerdə ermənilərin bu dedikləri "könüllüləri”nə qarşı çıxartmağa hazırıq. Qorxaq çaqallar kimi rusların arxasında gizləndikləri yetər, çıxsınlar qabağa, onda gücümüzü görərlər. Aprel döyüşlərindən dərs almadılarsa, onlara yenidən dərs verməyə, burunlarını əzməyə hazırıq. "İlan ulduz görməsə, ölməyəcək!” Bunlar bizim gücümüzü görməsələr, torpaqlarımızadan rədd olub getməyəcəklər. Torpaqlarımızın azadlığı üçün, həmçinin ermənilərin hoqqabazlıqlarına son qoyulması üçün savaşdan başqa yol yoxdur! Ya Qarabağ, ya ölüm!”


Qeyd edək ki, Ermənistanda müxalif cərəyanlardan birinin rəhbəri Qaqerin Çukazyan, onun müavini Qurucan Avetisyan, veteranlardan ibarət "Şaqan batalyonu”nun keçmiş hərbçiləri Azərbaycana hücumla bağlı senssasion bəyənatla çıxış ediblər. Onların birinci Qarabağ müharibəsi veteranlarında ibarət 1000 nəfərlik könüllü yığması barədə məlumatlar da yayılıb. Erməni canilər bildiriblər ki, onlar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın qadağasına baxmayaraq Qarabağ cəbhəsindən hücum edib aprel döyüşləri zamanı itirilmiş 800 hektar ərazini azad etməyə hazırlaşırlar. Öz müraciətlərində veteranlar və könüllülər hətta bəyan ediblər ki, Ermənistan hakimiyyətinin müdaxiləsinə onlar hərbi yolla cavab verəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA