Avropaya vizasız səyahət - Avropa Parlamenti Ukrayna, Gürcüstan və Kosovanın məsələsini səsverməyə çıxardı

img

08-07-2016 [11:25]


Strasburqda  Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin toplantısı keçirilib.

Toplantıda Komitə Gürcüstan, Ukrayna və Kosovanın viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdiklərini və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirib.

Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 bəli, 3 xeyr səsi verilərkən, 6 bitərəf səs verib. Gürcüstan vətəndaşlarının Avropaya vizasız səyahəti üçün 43 deputat lehinə, 5 deputat əleyhinə səs verib, 3 üzv bitərəf qaldı. Kosovo ilə bağlı səsvermədə isə 38 bəli, 7 xeyr və 6 bitərəf səs çıxıb.

Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA