05-07-2016 [12:07]
"Bu gün PFL-in ötən 4 ildəki işinə qiymət verildi. Seçkilər oldu və Ramin Musayev bu vəzifəyə seçildi”.
Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezident seçkiləri keçirilib və yeganə namizəd Ramin Musayevin qarşıdakı 4 il ərzində bu postda qalması təsdiqlənib. AFFA rəhbəri iclasdan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat keçirmişik. Ən əsası, ədalətli olub. Eyni zamanda ədalətli hakimliyimiz olub. Hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görürük. Onlar hər il ən yüksək səviyyədə 2 toplanış keçirlər. Mən PFL-ə tövsiyələrimi verdim. May ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik gözəl turnir keçirək, mükafat fondu qoyaq. AFFA-nın İcraiyyə Komitəsinin qərarına görə, gələn mövsümə ən azı 4 komanda lisenziyaya cavab versin ki, Premyer Liqaya keçə bilsin. İstəyirik, növbəti mövsüm ən azı 10 komandalı çempionat keçirək”.
- Yalnız Ramin Musayevin namizəd olacağını gözləyirdiz?
- Gözləyirdim. İlk dəfədi ki, Avrokubokda 3 klubumuz normal oyun sərgilədi. Hamısına uğurlar arzu edirik. Uğurları davam etsin, bizə də futbol bayramı qismət olsun.
- AFFA və PFL prezidentliyinə namizəd olmaq üçün cəsarətdən başqa nə lazımdı?
- Bu, böyük cəsarət tələb etmir. Mən istərdim ki, alternativ olsun. Belədə seçkilər daha maraqlı keçər. Namizədliyini verən yoxdusa, mən nə edə bilərəm?
- Hakimlərimiz son toplanışı ölkə daxilində keçirdilər. Bunun səbəbi nə oldu?
- Hakimlərimiz yayda Bolqarıstana gedəcəklər. Qışda hava ilə bağlı getmirlər. Üstəlik, həmin vaxt komandalar da olmur.
- Xaqani Məmmədovun yerinə nə zaman namizəd olacaq?
- Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdı? Yoxsa, Kollinanı? Əsas odu ki, hakimlər qərəzli olmasın. Qərəzli idarəçilik artıq yoxdu. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edir. Belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdı.
- Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı?
- Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi.
APAsport.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb