04-07-2016 [14:09]
Mia.az müğənni Mətanət Əsədovanın "Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Bir neçə gün əvvəl Mir Mövsüm Ağa ziyarətgahında pərəstişkarlarınızla foto çəkdirməyiniz birmənalı qarşılanmadı və tənqid olundunuz...
- Deməli, ziyarətə getmişdim. Ümumiyyətlə, hər zaman özümü rahat hiss etmək üçün, içimdə sakitliyi təmin etmək üçün ora müraciət edirəm. Məni çox vaxt orda taparlar. Əhya gecəsi də ziyarətə getdim, çox insan var idi. Düşünürəm ki, xalqın istəyi və sevgisi ilə 30 ildi müğənnilik edirəm. Mən niyə üstümə gələn xalqı itələməliyəm? Başa düşürəm, ora ziyarətgahdır, fotosessiya yeri deyil. Bunların hamısını çox gözəl bilirəm. Reklam və şişirtmə şeylərdən uzağam. Hərdən efirdə çəkiliş zamanı operatorlar məndən narazı qalır, deyirlər ki, kamera ilə işləyə bilmirsiz.
Demək istəyirəm ki, öz aləmimdə oluram, oxuyuram və oynayıram. Toylarda da vəziyyət belə olur. Orada da məndən narazı qalırlar. Ziyarətgahda da "Mətanət” deyib hamı üstümə gəldi. Onları necə özümdən uzaqlaşdıra bilərdim? Mənim üçün çox gözəl bir göstəricidir. Mühafizəçilər və polislər məni zorla bayıra çıxardılar. Hər müğənniyə belə şey nəsib olmur. Burada qəbahət olacaq nə var? Xalqdı, sevgisini bildirir. Bunu şişirdib xəbər hazırladılar, ancaq mən heç kəsə cavab vermədim. Allah hər kəsə can sağlığı versin. Yazı yazanda diqqətli olsunlar. Başlıq qoyublar ki, ziyarətgahda "biabırçılıq”. Nə biabırçılıq ola bilər?
- Qeyd etdiz ki, mənən rahat olmaq üçün ziyarətgaha gedirsiz, orada sakitlik tapırsız. Bəs həyatda necə? Danışıb, sirrinizi deyə biləcək, sakitlik tapacaq dostunuz, rəfiqəniz yoxdur?
- Yoxdur... Belə bir məsəl var ki, "sirrini qələmə demə, vərəqə yazacaq”. Olmaz, başıma çox işlər gəlib. Mənim bütüm sevgim, dərdim, bir sözlə hər şeyim iki nəfərlə idi. Onlar anam və bacımdır. Onlarda dünyadan köçüb getdilər. İndi isə heç kəsə güvənmirəm, sirlərimi bölüşə bilmirəm. Ətrafımda insanlar var, ancaq dostlarım deyillər. Musiqi aləmində deyib-güldüyüm, evinə getdiyim, salamlaşdığım insanlar var. Bu o demək deyil ki, onlar mənim iç dünyamı bilir.
"Müğənninin sponsoru olmalıdır...”
- Hər dəfə qeyd etmisiz ki, səsinizlə pul qazanırsız. Ancaq şou-biznes nümayəndələrinin əksəriyyəti sponsor axtarır...
- Sponsor gözəl şeydir. Kimsə başqasının əlindən tutursa, Allah onun ruzisini versin. Nə olar? Sizi bildim nə mənada sual verirsiz. Hər kəsin bir yolu var, ruzisi var. Əgər kimsə durub sənətimə pul buraxsa, nə pis şey bilər ki? Allah balasını saxlasın. Bu cür sənət batmayacaq, daha da irəliyə gedəcək. Müğənniləri qınamayın, mən tək səsimlə dolanıram, ancaq tam dolana da bilmirəm. Onları qınamaq düzgün deyil. Müğənninin sponsoru, gəlir mənbəyi, obyekti də olmalıdır. Bir sözlə, maddi durumu əla olmalıdır. Maddi durumu yaxşı olmasa, mənim günümə qalacaqlar. Nə olsun ki, sənətim böyükdür? Kənarda qaldığımı düşünürəm.
- İndiyə kimi heç bir klip çəkdirməmisiz, ancaq gündəmdə qalmağı bacarırsız...
- Heç bir klip çəkdirməmişəm, 30 ildir gündəmdəyəm. Bunun əsəs səbəbi odur ki, gərək musiqidən başın çıxsın. Tamaşaçıya özünü sevdirmək, hörmət və izzəti saxlamaq lazımdır. Mən obrazlı oxumuşam. Məsələn, canlı əfsanəmiz Zeynəb Xanlarova oxuyur və oxuduğunu göstərir. O demək deyil ki, klip çəkdirdin, hər şey bitdi. Klip çəkdirənlərə pis baxmıram, konsert də verə bilərlər. Əgər konsertdə canlı oxuyacaqsansa, yadda qalacaqsansa, oxu, şou göstər. Bu da hər sənətkara nəsib olmur.
"Xəstə-xəstə efirə çıxırdım, ağrılara dözə bilmirdim...”
- "Nanəli” verilişində iştirak edən müğənnilər sanki, bir-biriləri ilə rəqabət aparırlar. Elə bil ki, başqalarından daha yaxşı zilə çıxdıqlarını sübut etməyə çalışırlar...
- 4 aydır ki, həmin verilişdən çıxmışam, öz istəyimlə baş tutdu. Hava soyuq olan vaxtlarda çəkilişlərə getdim, möhkəm soyuqladım. Xəstə-xəstə efirə çıxırdım, ağrılara dözə bilmirdim, rəhbərlikdən icazə aldım, verilişdən çıxdım. Oxumaq zilə qalxmaqdan ibarət deyil. Oxuyanın ürəyi, yatımlı səsi olmalıdır. Niyə görə qışqırırlar? Diş çəkdirirlər? Qışqıran adamlardan heç xoşum gəlmir. Zili və bəmi şirin oxumaq lazımdır. Qışqırmaq nəyə lazımdır? Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova qışqırmışdı? Hansı qışqırıb? İndikilər niyə qışqırır anlaya bilmirəm.
"Mənə sevgi yaşadacaq kişi yoxdur...”
- Sevgi mahnılarını ürəkdən ifa edirsiz... Oxuyarkan hər hansı bir şəxsi düşünüb oxuyursuz?
- Düzdür, ürəkdən oxuyuram. İstəyərdim ki, kimisə düşünüm oxuyum. Ancaq elə biri yoxdu. Sevgi qadınıyam, saçımın telindən ayağımın ucuna kimi sevgidir. Bir yanımı kəssən oradan sevgi çıxacaq. Amma, sevgini yaşadan kişi yoxdur. Nəinki, Azərbaycan, heç dünya da belə biri yoxdur, qəlbim boşdur. İstəyirəm ki, ürəyimə hər hansı bir şəxsin baş hərfini yazım. Amma olmur, qələmimin mürəkkəbi bitir.
- Övlad dünyaya gətirmək, ikinci dəfə ailə qurmaq istəmirsiz?
- Ailə qurmaq istəyirəm. Mənim böyük arzularım var, onları həyata keçirmək istəyirəm. Ancaq nə edim? Elə biri yoxdur. Mənim qədər bəlkə də, heç kəs ailə arzusunda deyil. Bazarda satılmır ki, gedib alasan.
"Kişilər şan-şöhrətə üstünlük verirlər...”
- Şou-biznesin xanım nümayəndələri ilə ailə qurmaq bir qədər məsuliyyət tələb edir...
- Şou xanımları hər zaman diqqət və maraq dairəsində olublar. Bir marka kimi hamıya maraqlı olublar, olacaqlar da... Bəylərə də önəmlidirlər, ancaq indikilər şan-şöhrətə üstünlük verirlər, sevgini önəmsəmirlər. Deyirlər ki, o, filan müğənniylə... Ancaq belə söhbətlər gəzir. Adama deyərlər ki, sən müğənniyə xoşbəxtlik verirsən? Müğənnilərin hamısı xoşbəxtlik cəhətdən kəsikdirlər.
- Bəlkə də, bu səbəblərdən müğənnilər evlənmək üçün əcnəbiləri seçirlər?
- Nə etsinlər? Yazıq qızları qınamayın, onlar da xoşbəxt olmaq istəyirlər. Allah hamısını xoşbəxt etsin. Onlar istəməz ki, ailələri dağılsın, alın yazısıdır. Mən yüzdəyüz deyirəm ki, onlar boşanmaq istəməz. Onu da deyim ki, müğənnilər kefdən oxumurlar. Kişi gərək hər şeyi öhdəsinə götürsün, müğənni də evində balalarına baxsın. Kişi qazanmır, yazıqlar nə etsin?
- Qarşınıza istədiyiniz xarakterdə bəy çıxsa, siz ailə həyatı qurub oxumağın daşını atarsız?
- Allah eləsin, kişi mənə müğənniliyin daşını at desin. Həmin gün qurban kəsəcəm.
- Sosial şəbəkələrdə ən çox tənqid olunan məşhurlar sırasındasız...
- Onlara fikir vermirəm, şüurları bura qədər çatır, gözləri elə görür, qəlbləri bu cür hiss edir. Belə insanları dəyişə bilmərəm. Digər müğənnilər kimi istifadəçilərdən bir neçəsinin cəzasını vermişəm. Qanunla addım atıram. İndi isə boş vermişəm. İnanın telefonumda "propka”dı. Hamısını "blok”a atmışam, "blok”da yer yoxdu, qalanlarını liftə salmışam ( gülür). Danışığını bilməyənlər, tərbiyəsi olmayanlara bu cür addım atıram. Dünyadan bixəbər, paxıl insanlardır. Mən də hər cür pərəstişkarlar var, Allah canlarını can sağ eləsin.
"Allah mənə gözəl bədən bəxş edib....”
- Şou-biznesdə ən cəsarətli geyinən xanımlar sırasındasız. Ancaq hər zaman utancaq olduğunuzu qeyd edirsiz... Açıq-saçıq geyimlərdən istifadə etdiyinizə görə utanırsız?
- Hər şeyin yaxşı olmağını istəyirəm. Ola bilsin ki, paltarlarımın bir balaca yaxası açıq olsun. O demək deyil ki, hər şeyi şişirdim? Allahın mənə bəxş etdiyi gözəl bədəndir. Nə edim? Bəzilərinə belə bədən verilməyib, mənə bəxş olunub. Hər kəs bir formada dünyaya gəlir. Bacardığım qədər geyinirəm, gözəl görünməyə çalışıram.
Nazir əvvəl sualdan yayındı, daha sonra isə jurnalistin nömrəsini blokladı - Teymur Musayev "Saxta cərrahlar"la bağlı qalmaqala niyə izahat vermədi?
İlham Əliyev ABŞ rəsmiləri ilə görüşüb
İki Xalq artistinə mənzil verilib - "Siz bunu haradan bilirsiniz?"
"Şirin"in xanımı: "Ailə olmağın mənasını övladda görənlər var"
Xalq artistinin oğlu da infarktdan vəfat edib
"Evləndiyim günün səhəri arvadımın hamilə olduğunu bildim" - Hədə-qorxu və xəbərsiz kəsilən aliment davası böyüyür (VİDEO)
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Millətlər Liqası: Türkiyə Uelsə qalib gələ bilmədi
ABŞ dövlət katibinin müavini İçərişəhərdə - FOTOLAR
Millətlər Liqası: millimiz Estoniyaya da qalib gələ bilmədi
Yazıçı Anar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
MEDİA rəhbəri Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
Volkan Dəmirəl: ""Fənərbaxça”dan təklif gəlsə, getmərəm"
Hikmət Hacıyev: "İşğal və təcavüz faktı olmasaydı..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
"Barselona" klubunun prezidenti Bakıya gəlib - FOTOLAR
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə məktub göndərib - MƏTN
Keçmiş xanımından İkardi haqda rüsvayedici iddia: "O, "gey"dir..."
Millimiz İrlandiyaya məğlub olub
İdmançı partiya sədrinə forma və əlcək hədiyyə etdi
"Qalatasaray" iki oyunçu ilə yollarını ayırmağı planlayıb
İordan çayının qərb sahilində daha 12 fələstinlini həbs edilib
Qəzzada ölənlərin sayı 44 minə çatır
İmamoğlu kürdlər tərəfindən elə qarşılandı ki... - 42 qoç kəsilib, yüzlərlə... (FOTOLAR)
İtaliyada həbsdə olan mafiya liderinin İstanbuldakı "qol-budağı"na qarşı əməliyyat keçirilib - 9 nəfər tutulub
Əli Əsədov Füzuli ilə bağlı qərar imzalayıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Naxçıvan MSK-nın 7 üzvü dəyişdi - SİYAHI
Alman narkobaron İstanbulda qandallanıb - FOTO
Tərtərdə polis serjantı həyatını itirib
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Abxaziya yenidən Gürcüstanın tabeliyinə dönür? - Aksiya böyüyür, Rusiya maraqlı bəyanat yayıb (FOTOLAR)
Gənc şair necə ölüb?
"MJ Financial Services", "Para" və "Azpul"un vəzifəli şəxsləri cərimələnib - 6 min manat
Aparıcı başından güllələnib -Türkiyədə (FOTOLAR)