AMEA-nın bütün qurumlarında yeni şöbə yaradılır - İctimaiyyətlə əlaqələr...

img

29-06-2016 [14:45]


Bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq.

Bu barədə Mia.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən səyyar iclasında qəbul olunub.

Tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.

Bu haqda çıxş edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən məruzəçi elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.

Tədbirdə qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti elmi müəssisə və təşkilatlarda İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib. İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin koordinasiyası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR