Elnur Məmmədlinin Avropa çempionatına aparılmayacağı rəsmiləzdi

img

13-04-2010 [04:28]


Aprelin 22-də Avstriyanın paytaxtı Vyanada start götürəcək cüdo üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda ölkəmizi 5 cüdoçu təmsil edəcək. Yığmamızın baş məşqçisi Ağayar Axundzadə İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımova (100 kq) şans verəcək. Qitə çempionatının ilk günündə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq), yarışların ikinci günü Elxan Rəcəbli (81 kq) aprelin 24-də isə Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar. Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyev, eləcə də ötən ilki dünya çempionatının bürünc mükafatçısı Kifayət Qasımova Vyanaya aparılmayacaq. Məmmədli yenicə ailə qurduğu, Mirəliyev və Qasımova isə zədəli olduğu üçün heyətə daxil edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA