20-06-2016 [23:05]
Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı, ermənilərin Türkiyəyə qarşı uydurma "soyqırım” iddiaları dünya erməni lobbisi ilə informasiya savaşına daima hazır olmamızı tələb edir.
Ermənilərin bu sahədə yüz ildən artıq təcrübəsi var.
Biz isə bu istiqamətdə zəruri təşkilatlanmanı son 20 ildə həyata keçirməyə başlamışıq.
Son illərdə dünyanın istənilən bölgəsində ölkəmizin tanıdılması üçün tələb olunan infrastrukturun yaradılması yönündə Azərbaycan dövlətinin dəstəyi ilə Azərbaycan dərnəkləri tərəfindən uğurlu addımlar atılır. Lakin maraqlıdır ki, Avropada, Amerikada ciddi addımlar atdığımız bir vaxtda qonşu Gürcüstan diqqətdən kənarda qalıb. Uzun illər hesab etmişik ki, biz ağır vaxtlarda Gürcüstan əhalisini təbii qazla təmin etdiyimizə, Azərbaycan neft və təbii qazının ərazisindən nəql edilməsindən tranzit gəlirlər qazandığına, Gürcüstanın sosial-iqtisadi infrastrukturunun inkişafına maliyyə yardımı göstərdiyimizə görə bu ölkə töhfəmizi unutmayacaq. 
Əslində, Mixail Saakaşvilinin hakimiyyəti dövründə bu mövqe özünü tam doğruldurdu. Lakin Gürcüstanda 2012-ci il parlament seçkilərindən sonra məlum oldu ki, uzun illər göstərdiyimiz dəstək bu ölkənin Azərbaycana sabit, uzunmüddətli strateji tərəfdaşlığını təmin etmək üçün kifayət deyil. Nəzərə alsaq ki, 2012-ci ildən etibarən Gürcüstan parlament respublikası modelinə keçib, bu isə hər 4 ildən bir hökumət dəyişikliyi deməkdir, bu səbəbdən də Gürcüstanda Azərbaycanın daha çox şaxəli fəaliyyətinə ehtiyac vardır. Bu ehtiyacı zəruri edən başlaca amillər isə - bu ölkədə böyük Azərbaycan türkləri toplumunun yaşaması, Gürcüstanın həm ölkəmizlə və həm də Ermənistanla həmsərhəd olması, burada güclü, təşkilatlanmış, erməni lobbisinin mövcudluğudur.
Bu səbəblərdən də, Gürcüstanda çoxşaxəli fəaliyyət mexanizmi qurmalı, Azərbaycanın bölgədəki maraqlarının təmin edilməsinə, ölkələrimiz arasında strateji əməkdaşlığın dərinləşməsinə, burada yaşayan Azərbaycan türklərinin maraqlarının təmin ediməsinə, onların sosial-iqtisadi ehtiyaclarının ödənilməsinə və Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək verilməlidir.
Təəssüf ki, bu günədək Gürcüstanda ciddi bir fəaliyyət ortaya qoya bilməmişik. Bu boşluqlardan isə ermənilər məharətlə istifadə edirlər.
Gürcüstanda 2014-ci ildə keçirilən son əhalinin siyahıya alınmasının nəticələrinə görə, bu ölkədəki erməni toplumunun sayı rəsmən Azərbaycan türklərinin sayından az göstərilsə də (168,1 min (əhalinin 4,5%) erməni millətinin nümayəndələrinə qarşı 233,1 min (6,3%) Azərbaycan türkü), gürcü soyadları qəbul etmiş ermənilərin də sayını nəzərə alsaq, əslində, ermənilərin sayı daha çoxdur.
Digər tərəfdən də, Gürcüstanda yaşayan Azərbaycan türklərindən fərli olaraq, ermənilər bu ölkənin dövlət dilini ana dili səviyyəsində öyrənmələri hesabına Gürcüstanın ictimai-siyası həyatında fəal rol oynayırlar.
Gürcü soyadını qəbul etmiş ermənilər bu ölkənin dövlət və hökumət qurumlarında ciddi mövqelərə malikdirlər.
Ermənilər eyni zamanda Gürcüstan iqtsadiyyatının qeyri-enerji sektorlarının bütün sahələrində uğurlu biznes strukturları qurmağa nail olublar.
Məsələn, işgüzar kişi geyimləri almaq istəyən müştəri aparıcı Avropa brendlərinin Gürcüstanda rəsmi distribyuturu ermənilərə məxsus "Monte Napoleone” şirkətinə üz tutmalı olur. Zinət əşyaları sahəsində erməni kapitallı "Chronograph” mağazası liderlik edir. Məişət texnikası sahəsinin lider qurumlarından biri Ermənistanlı iş adamı Ara Abramyana məxsus "ARAY Tomorrow” mağazalar şəbəkəsidir. Haradasa 6 il əvvəl Ermənistan investisiyası ilə qurulmuş "Ağ papaq” (Белая Шапка) istilikxana təsərrüfatı bu gün Gürcüstan bazarının təzə göbələyə olan tələbatının 60%-ni ödəyir. Plastik butulkalar üçün preform istehsalçısı "Hytex Plastic” Gürcüstan bazarının plastik butulka preformlarına olan ehtiyacının 70%-ni ödəyirdi.
Bu siyahını xeyli artırmaq olar.
Gürcüstanda erməni təsirinin, erməni yatırımlarının artmasında təbii ki, ermənilərin burada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərinin, təşkilatlarının rolu danılmazdır. Gürcüstanda bu gün üçün ümumilikdə 50-yə yaxın erməni təşkilatı və ya ermənilərlə əməkdaşlığa yönələn təşkilatlar fəaliyyət göstərir.
Ən fəalları isə bunlardır:
Erməni Apostol Kilsəsinin Gürcüstan Eparxiyası;
Erməni Apostol Kilsəsinin Gürcüstan Eparxiyası yanında "Ayartun” mədəniyyət və maarifləndirmə Mərkəzi;
Tiflis Erməni Teatrı;
"Vrastan” qəzeti;
Axaltsixe Gənclər Mərkəzi;
Tiflis Erməniləri Assambleyası;
Gürcüstan Ermənilərinin Milli Konqresi;
Erməni-Gürcü iş adamları Birliyi;
Gürcüstan Erməniləri İttifaqı;
Tiflis Erməniləri İttifaqı;
Gürcüstan Erməniləri İcması;
Acara Erməniləri İcması;
Samtsxe-Cavaxk Erməni İctimai Təşkilatları Şurası.
Bu təşkilatların hər biri ayrı-ayrılıqda və ya birlikdə zaman-zaman türklər əleyhinə keçirdikləri müxtəlif tədbirlər ("Genosid”i anma günü, Şuşanın alınmasının bayram edilməsi və digərləri) bizlərdən operativ reaksiya verməyi tələb edir. Düzdür, Azərbaycan səfirliyi, Gürcüstan parlamentinin Azərbaycanlı deputatları belə hadisələr vaxtı bəyanatla çıxış edirlər. Lakin, bu reaksiyaların daha geniş əhatəli və çoxsaylı ünvanlardan gəlməsi onların təsir effektini də artırmış olardı.

Media sahəsinə gəldikdə isə, Gürcüstanda özünü lokal erməni mediası qismində təqdim edən resurslar elə də çox deyil. Bu sırada əsas yeri erməni ictimai birliklərinin media orqanları və internet resursları tutur. Bu media resursları adi vaxtlarda yalnız "erməni mədəniyyətinin” təbliği ilə məşğul olsalar da, ehtiyac yarandıqda onlardan məharətlə siyasi alət kimi istifadə edilir.
Məsələn, Cavaheti İnformasiya Mərkəzinə məxsus jnews.ge internet resursu bu ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun uğurlu əməliyyatlar keçirdiyi günlərdə bölgə ermənilərinin Qarabağ ermənilərinə dəstəyini bildirən bəyanat yerləşdirdi.
Gürcüstan erməniləri öz təbliğatlarında başlıca olaraq, özlərinin qurmuş olduqları, amma gürcü mediası kimi mövqeləşdirilmiş jurnallar, qəzetlər, saytlardan istifadə edirlər.
İkinci istiqamət isə, Gürcü media qurumlarında çalışan erməni əsilli jurnalistlərdən bəhrələnməkdir. Bu qisim içində gürcü soyadına keçmiş, üzdə gürcüləşmiş, əslində erməniliyini qoruyub saxlayan jurnalistlər çoxluq təşkil edir.
Adi vaxtlarda onlar redaksiyaların tapşırığı ilə hətta tələb olunarsa? Azərbaycan nümayəndələri ilə materiallar hazırlamağa həvəslə gedirlər. Lakin, ehtiyac yarandıqda onlar özlərinin erməni missiyasını canla-başla yerinə yetirirlər.
Məsələn, "Gürcü arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvili 2012-ci il parlament seçkiləri ərəfəsində və hətta hakimiyyətə gəldikdən sonrakı ilk aylarda Azərbaycandan alınan təbii qazın baha olmasını dilə gətirir, bu məsələni Azərbaycan tərəfinin qarşısında qldıracağına söz verirdi. Həmçinin Bakı-Tiflis-Qars Dəmir Yolu xəttinin də Gürcüstanın maraqlarına cavab vermədiyini söyləyirdi (o zaman İvanişvili hesab edirdi ki, bu xətt istifadəyə verildikdən sonra, Gürcüstan dəmir yolu vasitəsilə Azərbaycandan və digər Xəzəryanı ölkələrdən ixrac edilən neft məhz BTQ Dəmiryolu xətti ilə daşınacaq, beləliklə də Gürcüstan limanlarının dövriyyəsi azalacaqdır). Həmin dövrdə bu mövzular məhz ermənilərin nəzarətində olan media vasitələrində və ya erməni jurnalistlərinin aparıcı mövqelərdə olduqları gürcü mediasında (telekanallarda, qəzetlərdə və internet saytlarında) aktiv şəkildə müzakirəyə çıxarılır, beləliklə də Azərbaycan əleyhinə olan bu mövzuların mümkün qədər uzun müddətə aktuallığının saxlanılmasına çalışılırdı.
Qeyd edək ki, Gürcüstan media sektorunda Azərbaycana loyal olan, yeri gəldikdə Azərbaycanın haqlı mövqeyinin işıqlandırılmasına yardım edən yeganə media qurumu Saakaşvilinin partiyasına bağlı olan "Rustavi 2” telekanalıdır. Lakin bu kanalın mövqeyinin dəyişməyəcəyinə heç bir təminat yoxdur. Belə ki, Gürcüstan birinci instansiya məhkəməsi artıq bu kanalın keçmiş sahiblərinin iddialarının təmin edilməsi haqqında qərar çıxarmış, həmin qərara əsasən, "Rustavi 2” TV-kanalı keçmiş (Bidzina İvanişviliyə yaxınlığı şübhə doğurmayan şəxslərə) sahiblərinə qaytarılmalıdır. Bu günlərdə Gürcüstan Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. 
Bu TV-kanalı sahibini dəyişdikdən sonra Azərbaycana loyal münasibətini saxlayacağına isə heç bir təminat yoxdur.
Bütün yuxarıda söylənilənləri nəzərə alaraq, Gürcüstanda ermənilərin antiazərbaycan fəaliyyətini neytrallaşdırmağa yönələn, bu ölkədəki Azərbaycan türklərinin gürcü ictimai həyatına inteqrasiyasına kömək edə biləcək və Azərbaycanın ölkə xaricində təbliğatına töhfə verə biləcək media resurslarının (imkan olarsa, hətta media infrastrukturunun) qurulması faydalı ola bilər.
Elnur Eltürk,
AzNews.az
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL