ADP aeroport yolu ilə bağlı açıqlama tələb etdi

img

12-04-2010 [04:20]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Parlament seçkiləri ərəfəsində Aİ, AŞ və ATƏT nümayəndələrinin Azərbaycana səfərlərinə diqqət çəkən toplantı iştirakçıları onların ölkəmizdə keçiriləcək seçkilərlə bağlı cəmiyyətə təqdim etdiyi seçki planını təqdir edib və bu missiyaları növbəti parlament seçkilərinin ədalətli, şəffaf, sərbəst toplaşma azadlığından hər kəsin yararlana biləcəyi şəraitdə keçirilməsi üçün real və ardıcıl adddımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri qanunsuz tikililərin sökülməsi ilə bağlı hökumətin yeni bir kompaniya keçirəcəyi ilə əlaqədar vətəndaşların keçirdiyi narahatlıqları nəzərə alaraq, tikililərin söküldüyü halda vətəndaşlara kömpensasiya verilməsinin və onlara bu tikililəri aparmaq üçün qeyri qanuni icazə verən məmurların çəzalandırılmasının vacibliyini hakimiyyətin diqqətinə çatdırıb. Bakı aeroport yolunun tikintisi zamanı aşkar görünən korrupsiya faktlarına diqqət çəkən partiya yetkililəri son beş ildə bu tikintiyə 360 milyon manat vəsait xərclənməsinin iqtisadi baxımdan ölkəmizin mənafeyinə uyğun olmadığını bildirib, hakimiyyəti bu vəsaitin necə xərclənməsinə dair ictimaiyyətə detallı məlumat verməyə çağırıb. Türkiyə baş nazirinin xüsusi nümayəndəsi F.Sınıroğlunun regiona mübhəm səfəri, T.Ərdoğanın və Ermənistan prezidentinin verdiyi bəyanatlar və ABŞ rəsmilərinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması fonunda son zamanlar səsləndirdiyi açıqlamalardan narahatlıq ifadə edən İdarə Heyəti üzvləri, bu münasibətlərin Türkiyə baş nazirinin daha öncə söylədiyi Dağlıq Qarabağ məsələsi konteksində və hər iki problemin yanaşı olaraq həllinin çözüləcəyinə ümid etdiyini bir daha bildirib. İdarə Heyəti üzvləri Qırğızıstanda baş verən qanlı olaylardan narahat olduğunu bildirib, ağır iqtisadi və siyasi şərtlərin tələbindən doğan bu xalq üsyanından digər avtoritar rejimlərin nəticə çıxarmasının vacibliyini diqqətə çatdırıb və beynəlxalq təşkilatları ağır iqtisadi-siyasi və hakimiyyət böhranının yaşandığı Qırğızıstan Respublikasına hərtərəflı yardım və diqqət ayırmağa çağırıb. İdarə Heyəti üzvləri Polşa prezidenti Lex Kaçiniski və dövlət rəsmilərinin olduğu təyyarənin qəzaya uğraması səbəbindən həlak olmalarından dərin üzüntü keçirdiyini bildirib və bununla əlaqədar Polşanın ölkəmizdəki səfirliyinə başsağlığını ifadə edən məktub göndərib. İdarə Heyəti parlament seçkilərinə hazırlıqla əlaqədar partiyanın müvafiq strukturlarının məlumatını dinləyib və yerli təşkilatlarla bu istiqamətdə fəal işlərin aparılması haqqında qərarlar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA