ADP sədri Sərdar Cəlaloğlu Polzanın ölkəmizdəki səfirliyində olub

img

14-04-2010 [04:58]


Dünən Avropadan vətənə qayıdan ADP sədri Sərdar Cəlaloğlu partiya funksionerləri Taliyət Əliyev və Nurəddin İsmayılovla birgə Polşanın ölkəmizdəki səfirliyində olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ADP sədri Azərbayjan Demokrat Partiyasının üzv və tərəfdarları adından Polşa Respublikasının prezidenti Lex Kaçinskinin, xanımı Mariya Kaçinskanın, bir sıra dövlət adamlarının, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında fajiəli şəkildə həlak olması ilə əlaqədar bu ölkənin Azərbayjandakı səfiri Jənab Kşiştov Krayevskiyə başsağlığı verərək matəm kitabına ürək sözlərini yazıb. ADP sədri cənab Kşiştov Krayevski ilə görüşündə ümidvar olduğunu bildirib ki, Polşa dövləti və xalqı səbr və dözüm nümayiş etdirərək bu çətin anlardan əzmlə çıxajaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA