ANS-in məşhur əməkdaşı kanaldan getdi: "Vicdanlarıyla baş-başa buraxıram"

img

16-06-2016 [21:17]


Tanınmış jurnalist Ləman Ələşrəfqızı ANS-dən ayrılıb. 

Mia.az xəbər verir ki, bu barədə Ləman Ələşrəfqızı özünün Feysbuk səhifəsində məlumat verib:

"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin!

Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA