ANS-in daha bir tanınmış aparıcısı işdən ayrıldı: "Struktur dəyişkliyi ilə razılaşmadım"

img

15-06-2016 [22:13]


ANS telekanalı daha bir əməkdaşı ilə yollarını ayırıb.

Kəmalə Əlisgəndərqızı birinci gündən öz istəyi ilə işdən çıxıb.

 Teleaparıcı Kəmalə Əlisgəndərqızı ANS-dən ayrılmasının səbəbini də açıqlayıb.

Bu barədə danışan xanım jurnalist durumu belə izah edib: "Struktur dəyişkliyi ilə razılaşmadım və öz ərizəmlə işimdən ayrıldım. Bir neçə yerdən təklif almışam. Aralarında jurnalistikaya aid olmayanı da var. Hələlik düşünürəm"(olke.az).

Xatırladaq ki, K.Əlisgəndərqızı uzun müddət "İç xəbər", "Xəbərçi" və digər proqramların aparıcısı, həmçinin layihə rəhbəri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR