"Dövlət işində çalışıram" - Roza Zərgərli cavab verdi

img

15-06-2016 [19:35]


Müğənni Roza Zərgərli Mingəçevir Dövlət Dram Teatrındakı işindən uzaqlaşdırılması barədə xəbərə münasibət bildirib.

Mia.az bildirir ki, Ölkə.az-a açıqlama verən sənətçi deyib ki, iki ilə yaxındır sözügedən mədəniyyət ocağında işləmir:

"Mingəçevir Dövlət Dram Teatrında müqavilə ilə işləmişəm. Beş dövlət tədbirinin rejissoru olmuşam. Müqavilə müddətim bitdi, teatrdan ayrıldım. İndi burada şişirdiləsi nə var ki? Mən başa düşmürəm, kimsə özünə reytinq qazanmaq istəyir deyə, iki il əvvəl olmuş məsələyə niyə indi qayıdır. Hazırda dövlət işində çalışıram. Bu xəbəri yazan adama nə işlə məşğul olmağım maraqlıdırsa, öyrənsin ki, "İstanbul qızı", "Atəş" layihələrim, "Bakı vaxtı ilə" telelayihəsi necə yaranıb".

Xatırladaq ki, sözügedən xəbəri publika.az saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?