Müsavat Partiyası icazəsiz aksiya keçirməyə hazırlazır

img

10-04-2010 [04:06]


Müsavat Partiyası aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısnda etiraz aksiyaçı keçirmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Təşkilat Şöbəsinin rəhbəri Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, aksiya ilə bağlı BŞİH-nə müraciətləri müsbət cavablandırılmasa da, aksiyanı keçirməkdə israrlıdırlar: ?Aprelin 14-dəki tədbir heç bir halda təxirə salınmayacaq. İcazə vverilsə də, verilməsə də tədbirimizi keçirəcəyik. Hazırda aksiyaya hazırlıq işləri aparılır. Hesab edirəm ki, aksiya lazımi səviyyədə baş tutacaq?. Müsavat funksioneri aksiyanın icazəsiz keçiriləxəyi təqdirdə polisin müqaviməti ilə üzləşəcəklərini istisna etmir: ?Azərbaycan polisi həmişə olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətinin qeyri-qanuni qərarlarını həyata keçirir və hesab edir ki, qanuni qərardır. Bu günə kimi icara hakimiyyətinin xcavab məktublarında yazılmayıb ki, orada piket keçirmək olmaz. Sadəcə olaraq, yazılır ki, biz orda aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmirik. Məqsədə uyğun hesab etmirik, ifadəsi hüquqi baxımından heç bir anlmam vermir. Amma Bakı Şəhər Baş Polis İdarəsi məhz bu cümləni əsas götürərək piketin qarşısını almağa çalışacaq, amma bu dəfə ona nail ola bilməyəcək. Biz öz etirazımızı bildirib, sözümüzü deyəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA