ATƏT siyasi partiyalar və vətəndaz cəmiyyəti ilə müzakirələrə bazlayıb

img

08-04-2010 [12:49]


ATƏT-in Bakı ofisi bu gündən siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirələrə başlayıb. Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının iki il əvvəl verdiyi tövsiyyələr əsasında keçirilir. Bu günkü müzakirələrdə məqsəd seçki prosesinə inamı artırmaq və siyasi partiyalar arasında qarşılıqlı münasibəti təbliğ etməkdir. Gündəliyə seçki kompaniyasına dair məsələlər, o cümlədən ?Sərbəst toplaşma azadlığı? haqda qanunun həyata keçirlməsi və seçki prosesinə qanunsuz müdaxilələr salınıb. Müzakirələrə Azərbaycanın 16 siyasi partiyanın, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndələri dəvət olunub. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilgə Cankorel bildirib ki, seçki prosesini yaxşılaşdırmaq və demokratik seçkilərin keçirilməsi üçün Azərbaycan hökuməti, siyasi partiyalar və vətəndaş cəmiyyətinə yardım etməyə hazırdırlar. ATƏT-in Bakı ofisi daha iki dəyirmi masa keçirərək, namizədlərin qeydiyyatı, şikayətlərə baxılması, seçkilərdə mətbuatın rolu kimi məsələləri müzakirə etməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA