Müsavat jurnalist-tələbə ilə bağlı qərarın ləğvini tələb edir

img

09-04-2010 [06:29]


Müsavat Partiyası jurnalist Elmin Bədəlovun ?ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi? ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasına və rektor Siyavuş Qarayevə qarşı Nəsimi rayon məhkəməsində qaldırdığı iddianın təmin edilməməsindən təəssüflənir və bu qərarı ədalətsiz hesab edərək qərarın ləğv edilməsini tələb edir. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, ?Poliqon? İnformasiya Agentliyinin redaktoru Elmin Bədəlov 12 noyabr 2009-cu il tarixdə təhsil aldığı ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında ?Azərbaycan Dövlət Neft Akademiyasından reportaj? adlı məqalə yazdıqdan sonra ali məktəbdə təzyiqlərlə üzləşdiyini bildirib. 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunan Elmin Bədəlov imtahanlardan qərəzlə kəsildiyini iddia edir. Qanunsuz olaraq ali məktəbdən qovulması ilə bağlı fevralın 17-də məhkəməyə müraciət edib. 05 apreldə Nəsimi rayon məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarıb. Elmin Bədəlovun məhkəməyə təqdim etdiyi sübutlarına da əhəmiyyət verilməyib. Halbuki həmin faktların göstərildiyi sənədlər onun jurnalist fəaliyyəti ilə bağlı olaraq qovulduğunu sübut edirdi. Jurnalist Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir. Elmin Bədəlovun fikirlərini azad ifadə etdiyinə görə təzyiqə məruz qaldığını hesab edirik. Müsavat Partiyası olaraq yuxarı məhkəmə instansiyalarını bu qərarı ləğv etməyə çağırır və ADNA rəhbərliyinin fikirindən daşınmasını tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA