DUi müxalifətin birgə kütləvi aksiya keçirməsini istəyir

img

06-04-2010 [01:12]


Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum, qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. DUİ Sədrlər Şurası hakimiyyət nümayəndələrinin Milli Məclisdə müxalifətin sərbəst toplaşma azadlığı haqqında təkliflərini terrorçuluqla əlaqələndirmələrini, sərbəst toplaşma azadlığını boğmaq barədə mövqe sərgiləmələrini, müxalifətə qarşı təhqiramiz və böhtan xarakterli çıxışlarını qətiyyətlə pisləyib və belə hallara son qoyulmasını tələb edib. DUİ SŞ müxalifətin birlikdə kütləvi aksiya keçirməsi təklifi ilə çıxış edib və bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsini məqsədəuyğun sayıb. Müsavat Partiyası ilə DUİ arasında danışıqların növbəti raundu aprelin 7-də Müsavat Partiyasının qərargahında keçiriləcək. Toplantıda DUİ-yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA