NATO-Azərbaycan münasibətlərinə həsr olunmuz görüz keçirilib

img

08-04-2010 [02:44]


Bu gün Azərbaycan Dillər Universitetində NATO-Azərbaycan münasibətlərinə həsr olunmuş görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbir NATO- nun 61-ci il dönümünə həsr olunub. Tədbirdə Ruminiyanın Azərbaycandakı fövqgladə və səlahiyyətli səfiri cənab Nikolae Ureche, ADU-nun direktoru Səməd Seyidov, professsor-müəllim heyəti və tələbələr iştirak ediblər. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov qeyd edib ki, NATO ? nun 61-ci il dönümü ilə əlaqədar olaraq ?NATO əməkdaşlıq İnstitutu? NATO-ya üzv dövlətlərin Azərbaycandakı səfirlikləri ilə bərabər aprel ayını Azərbaycandakı NATO ayı elan edib: ?Azərbaycan NATO- nun ?Sülh Naminə Əməkdaşlıq? proqramına qoşulub. NATO həm demokratiyanın, həm də təhlükəsizliyin inkişafına yol açdı. Bununla da NATO arasında əməkdaşlığın əsası qoyulub. Bu gün Ruminiyanın fövqəladə və səlahiyyətli səfiri cənab Nikolae Ureche universitetimizdə bu mövzu ilə bağlı görüş keçirməsi çox vacib və əhəmiyyətli məsələdir?. Səfir Nikolae Ureki NATO-nun 61 ilik fəaliyyəti barədə danışıb, NATO ilə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun enerji təhlükəsizliyinə verdiyi əhəmiyyəti xüsusilə qeyd edib. Tədbirin sonun NATO-nun fəaliyyəti haqqqında sənədli film nümayiş etdirilib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA