Əli Əhmədov Qırğızıstanda baz verənlərin Azərbaycanda da olacağını istisna edir

img

08-04-2010 [01:42]


?Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzunömürlü ola bilməz?. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qırğızıstan hadisələri bir daha sübut etdi ki, kənar qüvvələrin diqtəsi ilə verilən təkliflərlə ölkənin müxtəlif strukturlarını idarə etməkdə yaranan hakimiyyətin ömrü az olur. Ə.Əhmədov Azərbaycanda bu cür hadisələrin baş verəcəyinə zəmin olmadığını qeyd edib: ?Azərbaycanda ona görə sabitlik mövcuddur ki, hakimiyyət xarici reseptlərlə yox, xalqın istəyi ilə formalaşıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA