Müsavat Gənclər Təzkilatı deputatlığa namizədlərini müəyyənləzdirib

img

06-04-2010 [05:40]


Müsavat Partiyasının Gənclər Təşkilatı qarşıdan gələn parlament seçkilərinə hazırlığa start verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Gənclər Təşkilatı Müsavat Partiyasının daxilində gənclər qrupu olaraq parlament seçkilərinə qatılmaqla bağlı qərar verib. Belə ki, 03.04.2010 tarixində Müsavat Gənclər Təşkilatının şurasının verdiyi qərara görə dairələr üzrə deputatlığa namizədlərin ilkin siyahısı hazırlanıb. Parlament seçkilərinə qatılacaq gənc müsavatçılar aşağıdakılardır. 1.Tural Abbaslı ? 21 saylı Nəsimi dairəsi 2.Əhəd Məmmədli ? 33 saylı Xətai dairəsi 3.Səxavət Soltanlı ? 11 saylı Qaradağ dairəsi 4.Leyla Mustafayeva ? 107 saylı Qazax dairəsi 5.Murad Hacıyev ? 125 saylı Qubadlı-Zəngilan dairəsi 6.Yalçın Abbaslı ? 52 saylı Quba şəhər dairəsi Qeyd edək ki, adları göstərilən gənclər Müsavat Partiyasının namizədlərinin ilki siyahısına daxil ediliblər. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA