ABŞ səfirliyinin nümayəndəsi ADP qərargahında görüz keçirib

img

07-04-2010 [05:18]


Bu gün ADP sədrinin I müavini Həsrət Rüstəmov partiyanın Mərkəzi Qərargahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Joana Qansonla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki seçkiqabağı ijtimai-siyasi vəziyyət, ADP-nin qarşıdan gələn parlament seçkiləri ilə bağlı mövqeyi, Seçki Məjəlləsi və seçki komissiyalarının yenidən formalaşdırılması ilə əlaqədar partiyanın təklifləri və digər məsələlər diqqət mərkəzində olub. Müzakirələr zamanı ABŞ səfirliyinin parlament seçkiləri ilə əlaqədar həyata keçirməyi planlaşdırdığı layihələr və seçkilərlə bağlı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb. Görüşdə ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA