İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR

img

31-05-2016 [22:02]


Türkiyənin İzmir şəhərində Açık hava teatrındaDünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin (AKİDER) birgə təşkilatçılığı ilə Azərbaycanın Cumhuriyyət Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə İzmirdə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatları, bələdiyyə əməkdaşları, iş adamları, o cümlədən bu şəhərdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Bayram tədbirində çıxış edən DAK və AKİDER sədri Asif Kurban mərasimə qatılanlara təşəkkür edərək, 28 may Azərbaycan Cumhuriyyətinin yaranma tarixi barədə ətraflı məlumat verib.
A. Kurban Azərbaycanın dünyadakı tutduğu yerdən, Türkiyə-Azərbaycan münasibətlərindən də danışıb. O, azərbaycanlılarla yanaşı bütün türk dünyasını təbrik edərək, Cumhuriyyətin qurucularını və aradan 70 il keçdikdən sonra bu ideyanı yaşadıb həyata keçirən, yaşadan insanları da xatırlayaraq, onlara minnətdarlıq borcumuzun olduğunu vurğulayıb.
Hazırda Azərbaycanın da bu yolda inamla addımladığını xatırladıb.
Sonra tədbirə dəvət alan sənətçilərimiz bir-birindən maraqlı ifalarla proqrama rəng qatıblar. Azərbaycan saz sənət musiqisindən, xalq musiqisinə və müasir musiqilərimizə qədər ifalar səsləndirilib.
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
İzmirdə möhtəşəm Cümhuriyyət şənliyi - FOTOLAR
- See more at: http://xeberle.com/cemiyyet/22152-zmirde-mohteshem-cumhuriyyet-shenliyi-fotolar.html#sthash.CFEQEmIk.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA