Təmas xəttində son zamanlar yaranan gərginlik - Nəcməddin Sadıkov danışdı (FOTO)

img

31-05-2016 [09:52]


Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi, cənab Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan Baş Qərargah rəisi Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində iki ölkə rəhbərinin mühüm rol oynadığını, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini və geniş imkanlara malik olduğunu bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik və atəşkəsin pozulması səbəbləri barədə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq öz növbəsində Azərbaycan və Əfqanıstanın hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini xüsusi qeyd edərək müxtəlif sahələrdə Əfqanıstana göstərilən köməyə, eləcə də sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA