“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” – Albaniya parlamentinin sədri

img

30-05-2016 [13:44]


"Albaniya Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həll olunmasını və zorakılıq tədbiq etmədən sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsini dəstəkləyir".

Bunu Albaniyanın paytaxtı Tiranada keçirilən NATO Parlament Assambleyasının yaz sessiyasında çıxış edən Albaniya Parlamentinn spikeri İlir Meta Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış son duruma münasibət bildirərək deyib.

Spiker bəyan edib ki, Albaniya beynəlxalq ictimaiyyətin mövqeyi ilə tam şərikdir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və heç bir münaqişə Qafqaz regionunda yaşayan insanlara yardım etmir. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA