“Bu bəyanat beştərəfli ola bilərdi, lakin Azərbaycan imtina etdi" - Nalbandyan

img

26-05-2016 [19:37]


Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin bəzi detallarını açıqlayıb.

Parlamentin bugünkü iclasında çıxış edən nazir bildirib ki, Vyanada Azərbaycan və Ermənistan prezidentləri heç bir sənəd imzalamayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ tərəf olaraq danışıqlar prosesinə daxil edilməlidir: "Bəzi məqamları aça bilərəm. Sizi əmin edirəm ki, Vyanada müzakirə olunan bütün işçi sənədlərdə, ATƏT-ə saxlanmaq üçün verilmiş qapalı paketlərdə Dağlıq Qarabağın danışıqlarda iştirak etməsi barədə bənd var. Dağlıq Qarabağsız hər hansı sənədin işlənib hazırlanması və imzalanması mümkün deyil” – deyə Nalbəndyan bildirib.

Nazir bildirib ki, Vyanda ATƏT-in Minsk Qrupu görüşün yekun sənədi ilə bağlı bəyanat verilməsi razılaşdırlıb: "Bu bəyanat beştərəfli də ola bilərdi. Lakin Azərbaycan bu bəyanatı imzalamaqdan imtina etdi. Nəticədə sənəd üçtərəfli olaraq ortaya çıxdı”.

Nalbəndyanın bu bəyanatı rəsmi Yerevanın planlaşdırılan iyun görüşünü pozmaq cəhdindən başqa bir şey deyil.  Rəsmi Bakı Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda münaqişə ilə bağlı bütün detalların yalnız ümumi müzakirələrdən sonra razılaşdırmağın vacibliyini bildirib. Azərbaycan ilk növbədə işğal olunmuş torpaqların azad olunmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi  haqqında danışıqların aparılmasını təkid edir.  Rəsmi Bakı bu zaman Azərbaycanın ərazi bütövlüyünün heç bir halda müzakirə mövzusu olmayacağını bəyan edib.

Yerevan Qarabağı danışıqlarda tərəf kimi sırımaq cəhdi Madrid prinsiplərinin zondaj olunmasından xəbər verir(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA