MSK-da iclas – Ölkədə seçicilərin sayı açıqlandı

img

26-05-2016 [18:16]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclası keçirilib.

MSK-dan Mia.az-a verilən məlumata görə, Məzahir Pənahov 2016-cı il may ayının 26-na olan məlumata əsaslanaraq deyib ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 127 min 111 seçici daxil edilib.

Seçicilərin təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir. İclasda İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra MSK 2016-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işini başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına (DSK) göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub, MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA