Avropa Birliyi ölkələrinin şəfirləri Əli Kərimli ilə görüşdü - Açıqlama

img

26-05-2016 [17:03]


Bu gün Milli Şuranın sədri Cəmil Həsənli və Şuranın Koordinasiya Mərkəzinun üzvü, AXCP lideri Əli Kərimli Avropa Birliyi ölkələrinin şəfirləri ilə görüşüb.

Görüş AB-nin Bakıdakı nümayəndəliyində keçirilib.

Bu barədə AXCP sədri özünün "Feysbuk" səhifəsində məlumat yayıb.

"Bu gün Milli Şuranın sədri professor Cəmil Həsənli ilə birlikdə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı xanım Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşümüz keçirildi.

Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA